RU

Əhmədlidəki işıqfor problemi həllini tapdı YENİLƏNİB

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən işıqforda eyni anda üç işığın yanması problemi həllini tapıb.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Bakıvaxtı.az-a bildirilib

Murad İsmayıl

***

12:51

Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən işıqforda eyni anda üç işığın yanması sürücülər arasında narazılığa səbəb olub.

Məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Bakıvaxtı.az-a bildirilib ki, qeyd olunan ünvanda svetoforda yaranan texniki problemin aradan qaldırılması üçün əməkdaşlar tərəfindən işlər görülür. “Əlavə məlumat veriləcək”, – qurumdan qeyd olunub.

NİİM yol hərəkəti iştirakçılarının təhlükəsizliyi və operativliyin təmin olunması məqsədilə vətəndaşlardan xahiş edib ki, paytaxt ərazisində işıqforlarda hər hansı nasazlıqla rastlaşdıqda 24 saat fəaliyyət göstərən +994 12 404 41 22 nömrəsinə məlumat versinlər.

Qurum əlavə edib ki, yollarda işıqforlar istənilən səbəbdən işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab olunur. Bu zaman sürücülər “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsinin tələblərinə uyğun şəkildə hərəkətlərini davam etdirməlidirlər.

Murad İsmayıl

***

12:11

Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində işıqforda eyni anda üç işığın yanması narazılığa səbəb olub.

Bakıvaxtı.az-ın məlumatına görə, yolayrıcında yerləşən işıqfor sürücülər üçün çaşqınlıq yarada və yol hərəkətində təhlükə formalaşdıra bilər.

Həmin görüntüləri təqdim edirik:

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
28
bakivaxti.az

1Источники