RU

Alimlər balda 100-dən çox təhlükəli maddə aşkar ediblər

Əsrlər boyu təbii təmizlik və faydalılıq nümunəsi hesab edilən bal, əslində yüzlərlə təhlükəli çirkləndiricinin qarışığı kimi ortaya çıxıb.
 
Ekspertlər yerli mağazalardan götürülmüş bal nümunələrinin üçdə ikisində antidepressantlardan tutmuş kimyaterapiyada istifadə olunan vasitələrə qədər müxtəlif dərman preparatlarının geniş spektrini aşkar ediblər. Tədqiqatçıların müəyyən etdiyinə görə, problem arıların özündə deyil, arı təsərrüfatlarının yerləşdiyi ətraf mühitin vəziyyətindədir. Antropogen təhlükələri süzmək qabiliyyəti olmayan arılar, tullantı suları ilə çirklənmiş su ilə işlənmiş bitkilərin tozcuqlarını yuvalarına daşıyırlar.
 
Aparılan analizlər zamanı ağır dərmanlarla yanaşı, gündəlik istifadə olunan maddələr də müəyyən edilib: məsələn, ibuprofen, hormonal kontraseptivlər, eləcə də ürək ritmini tənzimləmək üçün istifadə edilən preparatlar.
 
Mövcud vəziyyət qida təhlükəsizliyi sistemində ciddi boşluqları üzə çıxarıb. Tədqiqat müəllifləri vurğulayırlar ki, qidalarda pestisidlərin səviyyəsinə nəzarət nisbətən ciddi aparılsa da, farmasevtik maddələrin mövcudluğu faktiki olaraq tənzimləyici qurumların diqqətindən kənarda qalıb.
 
Hazırda qida məhsullarında, o cümlədən balda yeni potensial təhlükəli maddələrin əksəriyyəti üçün normativ hədlər müəyyən edilməyib. Bu isə hüquqi sahədə qeyri-müəyyənlik yaradır.
 
Ekspertlər bu istiqamətdə təcili olaraq əlavə tədqiqatların aparılmasının vacibliyini vurğulayırlar. Məsələ yalnız arıçılıq sahəsi ilə məhdudlaşmır, qlobal ekoloji problemlərlə də sıx bağlıdır. /Lent.az/
 
Избранный
17
3
moderator.az

4Источники