RU

İkiqat olimpiya çempionu Roza Salihova 81 yaşında vəfat edib

SSRİ millisinin heyətində ikiqat olimpiya çempionu olmuş keçmiş voleybolçu Roza Salihova vəfat edib.

"Report" xəbər verir ki, bu barədə Ümumrusiya Voleybol Federasiyası məlumat yayıb.

O, 81 yaşında həyatını itirib.

Qeyd edək ki, Roza Salihova 1968 və 1972-ci illərdə olimpiadanın qalibi olub. O, 1967 və 1971-ci illərdə Avropa çempionatında, 1970-cı ildə isə dünya çempionatında qızıl medal qazanıb.

Избранный
41
5
far.az

7Источники