ain.az bildirir, Sherg.az portalına istinadən.
BMT iqlim dəyişikliyi ilə bağlı yenə həyəcan təbili çalır. BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının illik hesabatında qeyd olunur ki, Yer kürəsində iqlim dəyişikliyi kritik səviyyəyə yüksəlib və planet rekord dərəcədə qeyri-sabit vəziyyətdədir. İstixana qazlarının yüksək konsentrasiyası dünya okeanı və atmosferin istiləşməsini davam etdirir. Ekspertlər bildirirlər ki, qlobal istiləşmə artıq ciddi nəticələrə səbəb olub, o cümlədən Arktikada buz örtüyünün sahəsi rekord səviyyədə azalıb. Vurğulanır ki, bu dəyişikliklər yüzilliklər, hətta minilliklər boyu mənfi təsir göstərməyə davam edəcək. Təşkilat, həmçinin qeyd edir ki, son 10 il müşahidə tarixində ən isti illər olub. Son 20 ildə isə okean insanların istehlak etdiyi enerjidən 18 dəfə çox enerji udub. Okeanın istiləşməsi nəticəsində dünyada quraqlıqlar, meşə yanğınları və daşqınlar kimi təbii fəlakətlərin sayı daha da artıb.
Ekoloq Ənvər Əliyev isə “Sherg.az”a açıqlamasında bildirdi ki, bu qədər hay-küyə əslində heç bir ehtiyac yoxdur. Yerij iqlim əmələ gətirən amilləri dəyişmıyibsə, iqlim dəişmələrindən danışmaq doğru deyil. Bəzi dairələr iqlim dəyişmələrini bəhanə edib milyardlarla pul toplayır, lakin bu pulların hara, necə xərcləndiyi açıqlanmır:
- Qlobal iqlim dəyişikliyi həqiqət idisə, indiyədək yığılan bunca vəsait hara xərcləndi? Yüz milyardlarla pul yığılıb. Hanı, hara, nəyə xərclənib o pullar!? Əvvəla meteoroloji məlumatların çoxu dünya siyasətinin üzərində qurulur. Əksər hallarda siyasi xarakter daşıyır. Bir neçə il əvvəl BMT-nin İlqim Dəyişmələri üzrə Paris konfransı öncəsi Rusiya prezidenti V.Putin akademiya üzvlərini topladı və onların rəyini öyrəndi ki konfranda iştirak edək, ya yox. Şimal Buzlu Okean üzrə Tədqiqat institutlarının alimləri etiraf etdilər ki, Şimal Buzlu Okeanında 4 milyon ton buz əmələ gəlib, normadan artıq. Biz bu konfansa getməməliyik. Bakıda da konfrans keçiriləndə, dedilər trilyonlarla pul lazımdır. Bu pullar hara xəcrlənir, bilinmir, amma elə pul toplanır. Baxın, əgər Yerin iqlim əmələ gətirən amilləri dəyişməyibsə, qlobal iqlim dəyişmələrindən bu qədər hay-küylə danışmaq o qədər də düzgün deyil. Çünki gərək iqlimi dəyişən amillər dəyişsin. Yerin fırlanma oxunun dərəcəsində elə də böyük dəyişkilik yoxdur. Günəş sisteminin, kainatın dövrilik qanunu var. Yer kürəsində müəyyən dövr ərzində yağıntılı dövr olur, müəyyən dövrdə quraqlıqlar, yaxud rütubət dövrü başlayır. Hazırda dünyamızda əhali artımı ilə bağlı və quraqlıq problemi var. Müəyyən dövrlərdə əvvəlcə quraqlıq, sonra yenidən yağıntılar dövrü olub. Məsələn, Böyük Vətən Müharibəsi illərində kəskin soyuqlar, şaxtalı, qarlı illər oldu. Bu soyuqlar olmasaydı, Faşist Almaniyası məğlub olmayacaqdı. Sizə deyim ki, əhali müharibə dövründə o qədər əziyyət çəkmədi, nəinki müharibədən sonrakı illərdə. 50-ci illərdə quraqlıq dövrü başladı. Sonra yağıntılar, 70-ci illərdə isə Xəzərin səviyyəsi düşdü. Sonra yenidən qalxdı. Planetin dövrilik qanunu var. Minillər ərzində dəyişikliyə məruz qalır. Vaxtilə cəngəllik olan ərazilər səhralara çevrilir. Qlobal iqlim dəyişikliyi o zaman baş verə bilər ki, Yerin öz oxu ətrafına fırlanması dəyişsin, şimal cənuba, cənub şimala keçsin. Bu, baş verməyib. Bu qədər həyəcana ehtiyac yoxdur. Hərəkət və dövrilik qanunu hər yerdə özünü göstərir. Hazırda düşən yağıntı ilə buxarlanma eyni səviyyədədi. Bizim ölkəmiz üçün də təhlükə yoxdur. Düşən yağıntının miqdarı normaldır. Kifayət qədər də qar ehtiyatı da var. İqlim dəyişmələrini yalnız Bakıya münasibətdə izah etmək doğru olmaz. Bakı Azərbaycan iqliminin 10 faizi də deyil. Görünür, beynəlxalq təşkilatlara, kiməsə pul lazımdır, yenə başlayıblar iqlim dəyişmələrini önə çəkməyə . Əgər həqiqətən vəziyyət kritikdirsə, topplana pullar da kritik səviyyədə, təcili xərclənməliydi. Amma, bu, görünmür. Hesab edirəm ki, vəziyyət deyildi qədər kritik səviyyədə deyil. 2050-ci ildən sonra isə iqlimdə müsbətə doğru dəyişmə olacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.