RU

Kaşukun adı "Sabah"la yanaşı çəkilsə də... -Bu kluba keçməyə daha yaxındır

"Qarabağ"ın ukraynalı vingeri Aleksey Kaşukun karyerasını harada davam etdirəcəyi bəlli olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən legionerin adı sabiq klubu "Sabah"la yanaşı çəkilsə də, o, Azərbaycanda oynamaq variantına isti yanaşmır.

Səudiyyə Ərəbistanı klublarından da təklifləri olan Aleksey MLS liqasında oynamaq variantını üstün tutur. Kaşukun xidmətində "Kolambus Kryu" maraqlıdır. "Qarabağ"ın və Azərbaycan millisinin sabiq forvardı Nəriman Axundzadəni rənglərinə bağlayan Oqayo ştatı təmsilçisi hazırda Alekseylə razılığa gəlmək üzrədir. 

Qeyd edək ki, cari mövsüm "Qarabağ" forması ilə bütün turnirlərdə 29 matça çıxan cinah hücumçusu 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Ağdam təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Toğrul

Избранный
18
2
fanat.az

3Источники