Rusiyanın “Urals” markalı nefti qlobal tədarük pozuntuları fonunda 4 dollar dəyər qazanıb.
Moderator.az xəbər verir ki, bu barədə “Rystad Energy” konsaltinq şirkətinin TASS-a təqdim etdiyi hesabatda qeyd olunub.
Qiymət artımı Hörmüz boğazı keçidinin məhdudlaşması fonunda xammal tədarükündə yaranan qlobal fasilələrlə əlaqələndirilir.
Bildirilib ki, bu dəyişiklik alıcıların Rusiya neftinin mövcud həcmlərini sürətlə mənimsəməsi ilə bağlıdır.
Hesabatda həmçinin qeyd edilib ki, Rusiya böyük sərbəst istehsal güclərinə malik yeganə ölkə kimi xarakterizə olunur və əlverişli kommersiya şərtləri yarandıqda hasilat həcmləri nisbətən qısa müddətdə bərpa oluna bilər.
(teleqraf)