RU

“Sabah” bu futbolçuya 600 min avro ödəyəcək?

“Sabah” Timoteuş Puxaçın transfer hüquqlarını tam şəkildə əldə etmək istəyir. 

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə polşa mətbuatı yazıb.

Mənbənin bildirdiyinə görə, Puxaçın transferi üçün danışıqlar aparılır. Belə ki, tərəflər arasında imzalanmış icarə müqaviləsində 600 min avro qarşılığında transferin rəsmiləşdirilməsi bəndi mövcuddur. “Sabah” məbləğin aşağı salınması istiqamətində Almaniya klubu ilə razılaşma ərəfəsindədir. Qeyd olunub ki, razılaşma əldə olunarsa, Puxaçın uzunmüddətli müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, “Sabah” 27 yaşlı futbolçunu mövsümün əvvəlində Almaniyanın “Holşteyn Kil” klubundan icarəyə götürmüşdü. 

"Cebheinfo.az"

Избранный
24
3
cebheinfo.az

4Источники