Millimiz sabah "FİFA Series - 2026" beynəlxalq turniri çərçivəsində Sent Lüsiyanı qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 19.00-da başlayacaq.
Bu arada matç üçün satılan biletlərin sayı məlum olub. Bu barədə "Football-plus.az"a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Murad Axundov məlumat verib. Onun sözlərinə görə, hələ ki, oyuna cəmi 3 min bilet satılıb.
Maraq üçün qeyd edək ki, görüşün olacağı stadion 9502 tamaşaçı tutumuna malikdi.
Onu da bildirək ki, bilet satışı "iticket.az" saytı vasitəsi ilə həyata keçirilir.
KƏNAN BAHADIR
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта