RU

Soyuq havalarda yaş saçla çölə çıxmayın, iflic ola bilərsiniz - FOTO

Soyuq havalarda yaş saçla çölə çıxsanız, iflic ola bilərsiniz.

Ölkə.Az xəbər verir ki, bu barədə türkiyəli nevroloq Alev Vatan danışıb. O, xüsusilə vurğulayıb ki, qəfil hava dəyişiklikləri, soyuq hava və bəzi virus infeksiyaları üz iflici riskini artıra bilər.

“Üz əzələlərinin hərəkətini idarə edən sinirin zədələnməsi nəticəsində yaranan üz iflici qəfil əzələ zəifliyi və üz ifadələrinin itirilməsi ilə özünü göstərə bilər. Tibbi ədəbiyyatda “Bell palsi” kimi də tanınan üz iflici, üz əzələlərini idarə edən üz sinirinin zədələnməsi nəticəsində baş verir. Bu sinir beyin kötüyündən üz əzələlərinə qədər uzanır.

Üz siniri infeksiyalar, damar tıxanıqlığı, şişlər və ya travma kimi müxtəlif səbəblərdən təsirlənə bilər. O, həmçinin dilin ön tərəfindən dad hisslərinin ötürülməsində rol oynayır. Buna görə də bəzi xəstələrdə dad hisslərində dəyişikliklər ola bilər.

Xüsusilə hamamdan çıxdıqdan sonra yaş saçla küləkli havaya çıxmaq olmaz. Motosiklet idarə edən şəxlərin isə baş və qulaq bölgəsini qoruyacaq vasitələrdən  istifadə etmək olduqca vacibdir”.

Həkim üz iflicinin əlamətlərini də sadalayıb:

“Üz iflicinin ən çox görülən simptomlarına üzün bir tərəfində zəiflik, ağız küncündə sallanma, üz ifadələrinin itirilməsi və göz qapağını bağlamaqda çətinlik daxildir. Bu simptomlar müşahidə olunarsa, gecikmədən nevroloqa müraciət etmək lazımdır.

Üz iflicini əksər hallarda müalicə etmək mümkündür. Müalicə planı xəstəliyin şiddətinə və xəstənin ümumi sağlamlıq vəziyyətinə əsasən hazırlanır. Kortikosteroid və antiviral dərman müalicələrinə əlavə olaraq, dəstəkləyici üsullar və fizioterapiya da sağalma prosesinə kömək edir”, - deyə o əlavə edib.

Billurə

Избранный
68
1
olke.az

2Источники