RU

Ən faydalı meyvə bu imiş Kardioloqdan açıqlama

Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Kardioloq Aurelio Rokas ən faydalı meyvənin kivi olduğunu açıqlayıb.

Bakupost.az Sfera.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, bu meyvə qida dəyərinə görə alma, qaragilə, avokado və bananı geridə qoyur.

Mütəxəssis bildirib ki, kivi xüsusilə mədə-bağırsaq problemi olan insanlar üçün faydalıdır. Meyvə liflə zəngindir və bu da həzm prosesinin yaxşılaşmasına kömək edir. Bundan əlavə, kivinin qlisemik indeksi aşağıdır ki, bu da qanda şəkərin səviyyəsini tənzimləməyə və insulin sıçrayışlarının qarşısını almağa yardım edir.

Kardioloq qeyd edib ki, kivi C və E vitaminləri ilə də zəngindir. Bu vitaminlər güclü antioksidant və iltihabəleyhinə təsir göstərərək damarlarda xolesterin yığıntılarının yaranma riskini azaldır. A.Roxas əlavə edib ki, kivi immun sistemini gücləndirir və orqanizmdə yağ miqdarının azalmasına dəstək ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
41
4
www.bakupost.az

5Источники