RU

Putin: Yaxın Şərqdəki münaqişənin nəticələri gözlənilməzdir

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, neft qiymətlərinin artması və qlobal bazarlarda yaranan qeyri-müəyyənlik əsasən Yaxın Şərqdə davam edən münaqişələrlə bağlıdır.

Turkustan.az xəbər verir ki, Putin bu fikirləri Moskvada keçirilən Rusiya Sənayeçiləri və Sahibkarlar Birliyinin (RSPP) iclasında səsləndirib. Onun sözlərinə görə, Yaxın Şərqdəki gərginlik artıq qlobal iqtisadiyyata ciddi təsir göstərir və nəticələri proqnozlaşdırmaq çətindir:

“Yaxın Şərqdəki münaqişənin nəticələri hazırda gözlənilməzdir. Məncə, hətta münaqişədə iştirak edən tərəflər belə bunu proqnozlaşdıra bilməzlər.”

Putin qeyd edib ki, bu münaqişələr beynəlxalq logistika, istehsal və əməkdaşlıq zəncirlərinə ciddi zərbə vurur. Xüsusilə karbohidrogen və metal hasilatı, emalı, gübrə istehsalı və digər sənaye sahələri bu təsirlərdən əziyyət çəkir.

O, yaranmış vəziyyəti COVID-19 pandemiyası dövrü ilə müqayisə edərək bildirib ki, qlobal ticarətdəki pozuntular artıq yeni reallığa çevrilir və dünya iqtisadiyyatı yeni mərhələyə keçir.

Putin həmçinin vurğulayıb ki, Rusiya artan əmtəə qiymətlərindən əldə olunan gəlirlərdən ehtiyatla istifadə etməlidir:

“Ənənəvi ixrac məhsullarımızın qiymətləri artdıqca bazarlar gərgin bir dövrdən keçir. Əgər bazarlar bu gün bir istiqamətdə yellənirsə, sabah başqa istiqamətdə yellənə bilər.”

Sonda o əlavə edib ki, Rusiya bu dəyişən qlobal şəraitə uyğunlaşmaq və çağırışlara cavab vermək üçün daha güclü olmalıdır.

Aytən Yaşar/ Turkustan.az

Избранный
35
turkustan.az

1Источники