RU

Pentaqon rəhbəri: “İrana qarşı hərbi kampaniya dərsliklərə düşəcək” » AzadMedia.az

Pentaqon


ABŞ-ın müdafiə naziri Pete Hegseth İrana qarşı aparılan hərbi əməliyyatları “tarix dərslikləri üçün material” adlandırıb.

Nazir bildirib ki, bu münaqişə “sonsuz müharibə deyil”, əksinə, konkret məqsədləri olan həlledici kampaniyadır. Onun sözlərinə görə, əsas hədəf İranın hərbi potensialını məhv etmək və bu ölkənin heç vaxt nüvə silahına sahib olmamasını təmin etməkdir.

Hegseth qeyd edib ki, ABŞ bu missiyada planlaşdırılandan daha sürətli irəliləyir və bunu “tamamilə Amerika uğuru” kimi qiymətləndirib.

O, həmçinin iddia edib ki, İranın hazırda hərbi-dəniz qüvvələri və bu sahədə rəhbərliyi yoxdur. ABŞ-ın daha yavaş və aşağı hündürlükdə uçan təyyarələrdən istifadə etməsi isə İranın hava hücumundan müdafiə imkanlarının zəiflədiyini göstərir.

Bununla yanaşı, nazir ABŞ-ın sülh razılaşmasına ümid etdiyini və İranla əldə olunacaq istənilən razılaşmanı alqışladığını vurğulayıb.

“Bəzən müharibə danışıqların başqa vasitələrlə davamıdır”, – deyə o əlavə edib.

Избранный
16
1
azadmedia.az

2Источники