RU

Husilərin lideri danışdı: müdaxilə edəcəyik

"Ənsar Allah" qruplaşması hadisələrin gedişindən asılı olaraq Yaxın Şərqdəki müharibəyə qoşulmağa hazırdır.

"Ölkə.az" xəbər verir ki, bunu husilərin lideri Əbdülməlik əl-Husi bəyan edib.

"Hərbi cavab vermək zərurəti yarandıqda münaqişənin əvvəlki mərhələlərində etdiyimiz kimi, yubanmadan müdaxilə edəcəyik", - deyə o bildirib.

İran daha əvvəl qlobal ticarətin əsas mərkəzi olan Babül-Məndəb boğazını bağlamaqla hədələmişdi. Eyni zamanda, ABŞ Nəqliyyat Nazirliyi husilərin boğazda hücumları bərpa edə biləcəyi barədə xəbərdarlıq etmişdi.

Избранный
34
5
olke.az

8Источники