RU

İranın zərbələri ABŞ ordusunu “köçkünə” çevirdi – bazalar boşaldılır

Yaxın Şərqdə gərginlik fonunda ABŞ hərbi qüvvələrinin yerləşmə sistemi ciddi şəkildə dəyişir.

Musavat.com xəbər verir ki, The New York Times nəşrinin məlumatına görə, İranın bölgədəki Amerika bazalarına endirdiyi zərbələr nəticəsində qoşunların bir hissəsi bu obyektləri tərk etməyə məcbur olub.

Məlumata əsasən, bir çox ABŞ hərbçisi artıq ənənəvi hərbi bazalarda deyil, regiondakı otellərdə və müvəqqəti ofis məkanlarında yerləşdirilib. Quru qüvvələrinin əhəmiyyətli hissəsi – qırıcı pilotlar və təyyarə heyəti istisna olmaqla – əməliyyatları birbaşa sahədən deyil, uzaqdan idarə edir.

Hazırkı və keçmiş hərbi rəsmilər bildirirlər ki, bu vəziyyət müharibənin aparılmasını xeyli çətinləşdirir. Onların sözlərinə görə, qoşunların “alternativ məkanlara” köçürülməsi əməliyyatların koordinasiyasına və effektivliyinə mənfi təsir göstərir.

Nəşr qeyd edir ki, baş verənlər Donald Tramp administrasiyasının müharibəyə hazırlıq səviyyəsi ilə bağlı sualları artırır.

 

Musavat.com

Избранный
56
musavat.com

1Источники