RU

Ağdamda mina partladı: XƏSARƏT ALAN VAR

İşğaldan azad edilmiş Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində 2026-cı il 26 mart tarixində mina hadisəsi baş verib.

 

Senzor.az bildirir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin yaydığı birgə məlumatda belə deyilir.

 

Yusifcanlı kəndinin 1985-ci il təvəllüdlü sakini Abbasov Ceyhun Firdovsi oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.

 

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

 

"ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!" - məlumatda qeyd olunub.

**

Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində baş verən mina hadisəsi səbəbilə 1985-ci il təvəllüdlü şəxs (kişi) 26.03.2026-cı il tarixində saat 14:50 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

 

Bu barədə KİV-in sorğusuna cavab olaraq, Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

 

"Sol aşağı ətrafın baldırın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir", - məlumatda vurğulanıb.

Избранный
24
12
senzor.az

10Источники