RU

Rusiya İrana 300 tondan çox humanitar yardım göndərib » AzadMedia.az


Ötən gecə Rusiya tərəfindən göndərilən humanitar yük Azərbaycan ərazisindən keçərək İrana çatıb. Yardım əsasən dərman vasitələrindən ibarətdir.
Məlumata görə, humanitar yük Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən göndərilib və Azərbaycan Dəmir Yollarının “Astara” stansiyasına çatdırılıb. Daha sonra yük Astara terminalı vasitəsilə İrana yola salınıb.
Bildirilir ki, yükün son təyinat nöqtəsinə çatdırılması artıq avtomobil nəqliyyatı ilə həyata keçirilir.
Ümumi çəkisi 300 tondan artıq olan humanitar yardım əsasən tibbi ləvazimatlardan ibarətdir.
Qeyd edək ki, Rusiya İrana ilk humanitar yardım partiyasını martın 12-də də məhz Azərbaycan üzərindən göndərmişdi.
Избранный
15
1
azadmedia.az

2Источники