RU

Dünya səyyahları Laçında aparılan bərpa-quruculuq işlərinə baxış keçiriblər

“NomadMania” klubunun rəhbəri Harry Mitsidis-in başçılığı ilə dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində növbəti dayanacağı Laçın şəhəri olub.

APA-nın bölgə müxbiri xəbər verir ki, səyyahlar “Yurd Qalareyası” və “Gilabi Ceramics” mərkəzində yerli əl işləri ilə tanış olublar, həmçinin şəhərdə aparılan bərpa-quruculuq işlərinə baxış keçiriblər.

Qeyd edək ki, səfərdə 37 ölkədən 79 nəfər iştirak edir və bu, indiyədək bölgəyə gələn ən böyük səyyah qrupudur. Bu, Qarabağ və Şərqi Zəngəzura təşkil olunan 16-cı səfərdir.

Избранный
18
4
apa.az

5Источники