RU

Millimiz 2026 cı ildə ilk oyununa çıxır

ain.az bildirir, Modern.az portalına istinadən.

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti matçına çıxacaq.

Modern.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində Sent Lüsiya yığması ilə qarşılaşacaq.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüş saat 19:00-da start götürəcək. Matçı Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, bu, millimizin 2016-cı ildə ilk sınağı olacaq. Komanda üç gün sonra - martın 30-da Sumqayıtda Syerra Leone yığması ilə qarşılaşacaq. 

FIFA Series–2026

27 mart19:00. Azərbaycan – Sent Lüsiya

Hakimlər: Giorgi Kruaşvili, Levan Varamişvili, Giorgi Elikaşvili, Koba Revazaşvili (hamısı Gürcüstan).

Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
2
modern.az

10Источники