RU

BƏƏ Hörmüz boğazında hərbi-dəniz qüvvələri yerləşdirə bilər

Birləşmiş Ərəb Əmirlikləri ABŞ və digər Qərb tərəfdaşlarına Hörmüz boğazında gəmiçiliyin bərpası üçün hərbi-dəniz qüvvələrini (HDQ) cəlb etməyə hazır olduğunu bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Financial Times" nəşri mənbələrə istinadən yazır.

BƏƏ Hörmüz boğazında fəaliyyət göstərəcək istənilən çoxmillətli hərbi birliyə qoşulmağa hazırdır. Ölkə Bəhreynlə birlikdə belə əməliyyatların həyata keçirilməsi üçün mandat verilməsi barədə BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsi üzərində işləyir. Bəhreyn gəmiçiliyin bərpası planının həyata keçirilməsini dəstəkləyib. Fars körfəzinin digər ölkələri gələcək əməliyyatlarda iştirakla bağlı hələ yekun qərar qəbul etməyib, bu, həm də onların ABŞ-nin qəfildən geri çəkilərək ərəb ölkələrini İranla təkbətək qoya biləcəyindən ehtiyatlanması ilə əlaqədardır.

Mənbələrin məlumatına görə, region ölkələri həmçinin enerji daşıyıcılarının quru yolu ilə Omana və ya Aralıq dənizinə çatdırılması üçün boru kəmərləri və dəmir yolu infrastrukturunun tikintisi layihələrinin həyata keçirilməsini sürətləndirə bilər.

Избранный
10
3
bakivaxti.az

4Источники