RU

"Kurtlar Vadisi"ndəki mülkün kiçik bir hissəsi 170 milyona satılır

İstanbul Boğazının Üsküdar Kandilli sahilində yerləşən və məşhur "Kurtlar Vadisi" serialınını çəkilişlərində istifadə olunan tarixi Abud Efendi Yalısı satışa çıxarılıb.

"Cebheinfo.az" Axşam.az-a istinadən xəbər verir ki, mülkün 15,23%-lik hissəsi 170 milyon lirə (6,5 milyon manat)  qarşılığında satışa təqdim edilib.

1835–1855-ci illərdə Osmanlı saray memarı Garabet Balyan tərəfindən inşa edilən yalının ümumi sahəsi 540 m² təşkil edir və uzun müddət (1900–1981) Abud ailəsinə məxsus olub.

Qeyd edək ki. tarixi mülk xüsusilə "Kurtlar Vadisi" serialında iclasların aparıldığı məkan kimi yadda qalıb.

"Cebheinfo.az"

Избранный
15
1
cebheinfo.az

2Источники