RU

"Xəsislik etmə, Arteta!"

"Yayılan məlumatlar doğrudursa, o zaman "Arsenal" hazırda Xviça Kvaratsxeliyanı transfer etməyə çalışır".

Fanat.Az xəbər verir ki, bunu şəxsi "X" hesabında tanınmış insayder və jurnalist, "topçular"ın azarkeşi Pirs Morqan yazıb.

O, London komandasının baş məşqçisi Mikel Artetaya müraciət edib: "Xəsislik etmə, Arteta! O, möhtəşəmdir".

Kvaratsxeliya 2025-ci ilin yanvarında "Napoli"ni PSJ-yə dəyişib. Cari mövsüm Paris klubunun forması ilə bütün turnirlərdə 37 matça çıxan 25 yaşlı cinah hücumçusu 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 90 milyon avro ilə dəyərləndirir.

Toğrul

Избранный
55
1
fanat.az

2Источники