RU

Liverpul misirlini seneqallı ilə əvəzləməyə qərar verdi SON DURUM

ain.az, Fanat portalına istinadən məlumat verir.

"Everton"un hücumçusu İliman Ndiaye karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Teamtalk" yayıb.

Məlumata görə, 25 yaşlı forvardın xidmətində "Liverpul" maraqlıdır. Mersisaydlılar yayda klubu tərk edəcək misirli Məhəmməd Salahın əvəzedicisi kimi İlimanı nəzərdən keçirirlər. Ndiayenin bazar dəyəri 50 milyon avro qiymətləndirilir.

Seneqallı futbolçu 2024-cü ilin yayından Liverpul təmsilçisinin uğurları üçün çalışır. Cari mövsüm Premyer Liqada 25 matça çıxan ön xətt oyunçusu 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Everton"la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
26
1
fanat.az

2Источники