RU

Dünya Çempionatının əsas favoriti AÇIQLANDI

Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bukmekerlər 2026-cı il futbol üzrə dünya çempionatının favoritlərini açıqlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, analitiklərin qiymətləndirməsinə görə, turnirin əsas favoriti 5,50 əmsalla İspaniya millisidir. Ona ən yaxın rəqib 6,50 əmsalla İngiltərə yığmasıdır. 

Argentina, Braziliya və Fransa isə çempionluğa 8,50 əmsalla qiymətləndirilir. Almaniya və Portuqaliya 13,00, Niderland isə 20,00 əmsalla göstərilib.

Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnirdə 48 milli komanda iştirak edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
1
lent.az

2Источники