RU

Dosent Faiq Ələkbərli Özbəkistanda Türk xalqlarında mədəni-fəlsəfi münasibətlər mövzusunda məruzə edib

24-25 mart 2026-cı il tarixlərində Özbəkistanın Xarəzm vilayətinin mərkəzi Ürgənc şəhərində Urgənc Dövlət Pedaqoji İnstitutu, Əbu Reyhan Biruni adına Urgenç Dövlət Universiteti və “Türk Xalqı” beynəlxalq təşkilatı ilə birgə “İnnovasiyalar dövründə Türk mədəni əməkdaşlığı: rəqəmsal platformalar və elmi mübadilələr” beynəlxalq elmi-praktik konfransı keçirilib. Beynəlxalq konfransın girişində Xarəzm vilayətinin hakim müavini Nigora Kutlimuratova, Ürgənc Dövlət Universitetinin rektoru Feruza Madrahimova, “Türk Eli” beynəlxalq təşkilatının rəhbəri Sərvər İspahi və başqaları təbrik sözlərini bildiriblər.

Həmin beynəlxalq elmi-praktik konfransda əsas məruzəçilərdən biri kimi iştirak edən AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Çağdaş dövrdə Türk xalqlarında mədəni-fəlsəfi münasibətlər və Türk Dövlətləri Təşkilatı” mövzusunda məruzə edib. Faiq Ələkbərli bildirib ki Azərbaycan, məruzəsinin əsas mövzusu çağdaş dövrdə Türk xalqarı arasındakı münasibətlərdəki mədəni-fəlsəfi aspektlərin güclənməsi amilləridir. Onun sözlərinə görə, bir çox qaynaqlara da istinad etməklə, Türk xalqları arasındakı münasibətlərin fəlsəfi, sosioloji ya da sosial-fəlsəfi yükünü ortaya qoyulmalıdır. Başqa sözlə, Türk xalqlarının həmkarlığının fəlsəfi, sosioloji və sosial-fəlsəfi yönlərini qabartmaq, onun əsas mahiyyətinin əxlaq, kültür, yaşam tərzi, dəyərlər, bir sözlə özünəməxsus mədəni-fəlsəfi dünyagörüşlə bağlı olduğunu göstərmək lazımdır.

Beynəlxalq elmi-praktik konfransda Özbəkistan,Türkiyə, Qırğızıstan, Azərbaycan, Tacikistan, Qazaxıstan, ABŞ, Rusiya və digər ölkələrdən 20-dən çox xarici alim iştirak edib. Onlar konfrans çərçivəsində Əbu Reyhan Biruni adına Ürgənc Dövlət Universiteti və Ürgənc Dövlət Pedaqoji İnstitutunun təşkilatçılığı Novruz bayramına həsr olunmuş festivalda da iştirak ediblər.

Избранный
7
2
turkustan.az

3Источники