RU

Lukaşenkonun Kim Çen Ina bitməyən şokedici hədiyyələri - VİDEO

Lukaşenko və Kim Çen In silah, qızıl zinət əşyaları və incəsənət əsərlərindən ibarət hədiyyələr mübadiləsi aparıblar.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Şİmali Koreyaya baş tutan rəsmi səfəri daha çox çoxsaylı hədiyyələri  yadda qalıb. 

Azreform.info xəbər verir ki, səfər çərçivəsində Belarus lideri Aleksandr Lukaşenko ilə  Şimali Koreya lideri  Kim Çen In arasında hədiyyələr mübadiləsi  prosesi olub. 
Kim Çen Lukaşenkoya qılınc və müxtəlif növ balıqqulağı istifadə edilərək həmin ölkənin ənənəvi üslubunda bəzədilmiş böyük vaza, eləcə də Belarus liderinin səfəri münasibətilə zərb edilmiş suvenir qızıl sikkə hədiyyə edib. 

Lakin Aleksandr Lukaşenko  hədiyyə “yağışı”  Kim Çen Inı sözün əsl mənasında şok salıb. Lukaşneko Şimali Koreya liderinə  təqdim etdiyi hədiyyələri sonadək sayıb bitirə bilməyib.
Lukeşnko ilk olaraq  Şimali Koreya lideri üçün xüsusi hədiyyə VSK  silahını hədiyyə edib  və Kim Çen In bu hədiyyədən çox təsirlənib və təşəkkür edib. Kim Çen In hətta silahı əlinə alaraq onu diqqətlə araşdırıb.  Bu zaman iki lider arasında qısa dialoq olub. 
Lukaşenko daha sonra digrə hədiyyələri sıra ilə təqdim etməyə başlayıb. Lukaşneko daha sonra  Slutsk kəmərini hədiyyə edərək, onun Belarus yadigarı olduğunu izah edib.. Gözəl naxışlara və qiymətli sapların mürəkkəb toxunuşuna malik bu cür uzun, enli kəmərlər bir neçə əsr əvvəl Belarus torpaqlarında geniş yayılıb və bunun  sahiblərinin nəcib mənşəyinə dəlalət edib. Kim Çen Inın həyat yoldaşına zərif qarğıdalı çiçəyi buketi, qızına isə bədii zərgərlik qutusu hədiyyə edib. Lukaşenko daha sonra Belarus istehsalı olan "Prezident"  və digər  qatqısız nadir şokolad növlərini, Belarus spirtli içkilərini, araqlaırnı, zefir və xüsusi hazırlanmış qara çörək də daxil olmaqla, yerli istehsal olan  süd və süd məhsullarını və digər çoxsaylı qida məhsullarını, Belarus balı, mürəbbəsini təqdim edib.

 Şimali Koreya lideri Kim Çen In bu hədiyyələrdən çox məmnun olduğunu bildirərək Belarus liderinə təşəkkr edib.

Mürtəza

Избранный
57
2
azreform.info

3Источники