RU

Millimizdən qolsuz sülh

Apasport saytından alınan məlumata görə, ain.az bildirir.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində bu gün ikinci oyununa çıxıb.

Apasport.az xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstanın Plovdiv şəhərində Litva yığması ilə qarşılaşıb.

“Nikola Şterev - Starika İdman Kompleksi”ndə keçirilən görüş Bakı vaxtı ilə saat 13:00-da başlayıb.

Qarşılaşmanı Türkiyə və Bolqarıstandan olan hakimlər briqadası idarə edib.

Gərgin keçən matçda qalib müəyyənləşməyib. Oyun qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.

Qeyd edək ki, yığmamız növbəti görüşünü 30 mart tarixində Maltanın müvafiq yaş qrupuna qarşı keçirəcək.

“Lənkəran” və “Atletiko”ya texniki məğlubiyyət verilib

Lukaku millinin heyətindən kənarlaşdırıldı

AFFA II Liqa klublarını cəzalandırdı

Rəşad Eyyubov: “Yalnız mental məsələlər qalıb”

Azərbaycanlı hakim Avropa çempionatında

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
2
1
apasport.az

2Источники