RU

Azərbaycanın U-17 millisi seçmə mərhələdə 2-ci oyununu keçirdi

style='margin-bottom:10px;'>

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində bu gün ikinci oyununa çıxıb.

QOL.az xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan Aqil Nəbiyevin komandası Bolqarıstanın Plovdiv şəhərində Litva yığması ilə qarşılaşıb.

“Nikola Şterev - Starika İdman Kompleksi”ndə keçirilən oyunda qapılara qol vurulmayıb - 0:0

27 mart
 
13:00. Litva (U-17) – Azərbaycan (U-17) - 0:0
Baş hakim:
Ozan Ergün (Türkiyə)
Plovdiv, Nikola Şterev - Starika İdman Kompleksi

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Malta ilə 1:1 hesablı heç-heçə edib. Komanda hazırda 2 xalla 4 iştirakçı arasında 2-ci yerdədir. Litva 4 xalla liderdir.

Избранный
56
3
teleqraf.com

10Источники