RU

Hande ölkəyə çatan kimi saxlanıldı

Yazını böyüt
Yazını kiçilt

Haqqında saxlanılma qərarı çıxarılan türkiyəli aktrisa Hande Erçel ölkəyə çatan kimi hava limanında saxlanılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa İstanbul Ədliyəsində ifadə verib.

İfadədən sonra Erçelin saç və qan nümunələrinin götürülməsi üçün Məhkəmə-Tibbi Ekspertizaya göndərildiyi bildirilib.

Xatırladaq ki, saxlanma qərarı çıxan Hande Erçel təhsil səbəbi ilə xaricdə idi.

Qeyd edək ki, istintaq çərçivəsində 14 nəfər saxlanılıb. Onlardan  Koray Serenli, Onur Talay, Sezgin Köysüren və Mustafa Tari’nin həbs edilməsinə, Tuğçe Özbudak barəsində isə “ölkədən çıxış qadağası” və “ev hapsi” şəklində məhkəmə nəzarəti tətbiq edilməsinə qərar verib. Hakimlik, Kerim Sabancı, Hakan Sabancı, Burak Elmas, Fikret Orman, Güzide Duran, Didem Soydan, Ferhat Aydın və İsmail Behram Perinçekli barəsində məhkəmə nəzarəti tətbiq olunmasına qərar verib. Kaan Mellart və Hande Erçel barəsində isə həbs qərarı çıxarıldığı bildirilib.

Избранный
20
9
hafta.az

10Источники