RU

Kürdə köməksiz qalan bir ailənin 4 üzvü xilas edilib - FOTO - YENİLƏNİB

Samux rayonu ərazisində Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində köməksiz vəziyyətdə qalan 4 nəfər xilas edilib.

APA-nın yerli bürosunun məlumatına görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Samux rayon Dövlət Yanğından Mühafizə Hissəsi və Samux rayon İcra Hakimiyyətinin əməkdaşlarının birgə iştiraki ilə onlar Kürün ortasından kənara çıxarılıb.

Hazırda həmin şəxslərin vəziyyətlərinin normal olduğu bildirilir.

***

14.13

Samux rayonu ərazisində Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində köməksiz vəziyyətdə qalan 4 nəfərin xilas edilməsi məqsədilə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Samux Rayon Yanğından Mühafizə Hissəsi və Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən birgə xilasetmə tədbirləri həyata keçirilir.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

***

13.3714

Samuxda Kürdə köməksiz vəziyyətdə qalan şəxslərin adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, həmin şəxslər bir ailənin 4 üzvü Gədəbəy rayon sakinləri, 1990-cı il təvəllüdlü E.Mustafayev, onun həyat yoldaşı 1996-cı il təvəllüdlü B.Quliyeva və onların övladları 2019-cu il təvəllüdü B.Mustafayeva, 2025-ci il təvəllüdlü A.Mustafayevdir.

Məlumata görə, həmin şəxslər qulançar, şomu və odun yığan zaman Kürdə köməksiz vəziyyətdə qalıblar.

Qeyd edək ki, ailə Kür ətrafında maldarlıqla məşğul olur.

Hazırda onların xilas edilməsi istiqamətində təxirəsalınmaz işlər aparılır.

***

13.21

Samuxda 4 nəfər Kür çayının rayon ərazisindən keçən hissəsində köməksiz vəziyyətdə qalıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Kür çayının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Bir ailənin 4 üzvü Kürdə qulançar, şomu və odun yığmaq istəyən zaman suyun səviyyəsi qəfil qalxıb.

Dərhal əraziyə FHN-in və aidiyyatı qurumların əməkdaşları cəlb ediliblər.

Hazırda köməksiz vəziyyətdə qalan şəxslərin xilas edilməsi istiqamətində təxirəsalınmaz işlər aparılır.

Kürdə Kürdə Kürdə
Избранный
27
4
apa.az

10Источники