RU

Türkiyədən taxıl və paxlalı idxalına çəkilən xərclər artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 30,9 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını idxal edib.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 19,7 % çoxdur.

Təkcə fevralda Türkiyə Azərbaycana 20,218 milyon ABŞ dollarlıq taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 44,1 % çoxdur.

İki ayda Türkiyənin taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixracının ümumi dəyəri illik müqayisədə 9,9 % azalaraq 1,881 milyard ABŞ dollarına, fevralda isə 10,3 % azalaraq 953 milyon ABŞ dollarına çatıb.

"Cebheinfo.az"

Избранный
2
3
cebheinfo.az

4Источники