RU

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət etdi

BAKI, 27 mart. TELEQRAF

Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə təkrar müraciət edib.

Teleqraf xəbər verir ki, müraciətdə deyilir:

"Əvvəlcədən xəbərdarlıq edildiyi kimi, hazırda qeyri-sabit və yağıntılı hava şəraiti, o cümlədən bir sıra ərazilərdə intensiv yağıntılar müşahidə olunur və belə hava şəraitinin yaxın günlər ərzində davan edəcəyi, ayrı-ayrı yerlərdə subasmanın, bəzi dağ çaylarında qısamüddətli sel və daşqının baş verəcəyi proqnozlaşdırılır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmalı, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmalı, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl edilməlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!"

Избранный
2
39
teleqraf.com

10Источники