RU

Vladimir Putin Prezident İlham Əliyevə təşəkkür etdi VİDEO

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bakıda fəaliyyət göstərən Rus Dram Teatrına göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib.

Trend xəbər verir ki, o, bu barədə Dərbənddə Azərbaycan Dövlət Musiqili Dram Teatrının binasının açılışında videobağlantı vasitəsilə çıxışı zamanı bildirib.

"Rusiya ilə Azərbaycan arasında münasibətlər ümumi tarixi keçmişin, o cümlədən mədəni irsin möhkəm təməli üzərində inkişaf edir. Qeyd etmək lazımdır ki, Bakıda 100 ildən artıq əvvəl açılmış məşhur Rus Dram Teatrı çox uğurla fəaliyyət göstərir. Bu baxımdan, teatrın fəaliyyətinə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm. Qeyd etmək istəyirəm ki, bu iki səhnə - Bakıda Rus Dram Teatrı və Dərbənddə Azərbaycan Dram Teatrı - mədəniyyətlərimiz arasında körpü rolunu oynayır", - deyə Rusiya Prezidenti vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
3
7
olaylar.az

10Источники