RU

ABŞ bazalarının koordinatlarını hamı bilir - Moskva susmadı

Bakı. Trend:

Rusiya İranın bölgədəki ABŞ hərbi bazalarına zərbələr endirməsiüçün Tehrana kəşfiyyat məlumatları ötürmür.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziriSergey Lavrov bildirib.

Nazir qeyd edib ki, bu məsələ ilə bağlı Rusiya PrezidentiVladimir Putin və onun mətbuat katibi Dmitry Peskov artıq açıqlamaveriblər. Lavrovun sözlərinə görə, Moskva ilə Tehran arasında sıxmünasibətlər və hərbi-texniki əməkdaşlıq haqqında sazişmövcuddur.

"Biz İrana müəyyən növ hərbi təyinatlı məhsullar tədarüketmişik, lakin Tehrana kəşfiyyat məlumatları ilə kömək etdiyimiziddiaları ilə razılaşa bilmərik", — deyə o vurğulayıb.

Lavrov əlavə edib ki, bölgədəki ABŞ hərbi bazalarınınkoordinatları gizli deyil: "Bunu hamı bilir, bu açıq məlumatdır.İranın həmin obyektləri hədəfə alması məni təəccübləndirmir".

Məqalədə:
Избранный
33
2
az.trend.az

4Источники