RU

İranın neft gəlirləri müharibənin başlanmasından sonra kəskin artıb

BAKI, 27 mart. TELEQRAF

Müharibə başlayandan İranın neft satışından əldə etdiyi gəlirlər əhəmiyyətli dərəcədə artıb.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, İran Hörmüz boğazı vasitəsilə ixrac imkanını qoruyub saxlayan yeganə iri təchizatçılardan biri olduğu üçün neft qiymətlərindəki kəskin artımdan faydalanıb və yüz milyonlarla dollar əlavə gəlir əldə edib.

Belə ki, İslam Respublikası qiymət dəyişikliklərindən ikiqat fayda götürür. Ölkənin əsas neft markası əsasən Çinə satılmaqla əvvəlkindən daha az endirimlə realizə olunur.

Eyni zamanda, ABŞ və İsrailin İranla müharibəsi fonunda Brent markalı neftin qiyməti bir barel üçün 100 dollar həddini keçib.

Qeyd olunur ki, ABŞ və İsrailin hücumlarından sonra İran neft satışından təxminən 3,9 milyard dollar gəlir əldə edib.

Избранный
24
1
teleqraf.com

2Источники