RU

Baş məşqçi İran komandasından FIFA-ya şikayət etdi

İranın “İstiqlal” futbol klubu fevral ayında Rikardu Sapintunu istefaya göndərərək komandanı Söhrab Bəxtiyarizadəyə tapşırıb.

İdman.Biz xəbər verir ki, mütəxəssisin “İstiqlal”la müqaviləsi təxminən 600 min ABŞ dolları (1 milyon AZN) təşkil edib. Məlumata görə, Sapintu klubun onunla əməkdaşlığı pozması səbəbindən müqavilənin tam məbləğini almaq üçün FIFA şikayət edib. Bu məbləğə müəyyən əlavələr də daxildir.

Bildirilir ki, “İstiqlal” klubu mütəxəssisin müqaviləsində nəzərdə tutulan məbləğin 60 faizini artıq ödəyib. Sapintunun köməkçiləri isə klub onlarla əməkdaşlığı davam etdirmək istəsə də, özləri buna meylli olmadıqları üçün qarşılıqlı razılaşma əsasında komandadan ayrılıblar.

İdman.Biz
Избранный
19
1
idman.biz

2Источники