RU

Qubada kanalizasiya borusu tutulub, 10-dan çox həyəti çirkab suları basıb – VİDEO

Qubada kanalizasiya borusunun tutulması nəticəsində çirkab suları həyətlərə dolub.

NOCOMMENT.az xəbər verir ki, hadisə martın 27-si günorta saatlarında rayonun Zərdabi qəsəbəsində baş verib. Quba və Qusar rayonlarının çirkab sularının axıdılması üçün nəzərdə tutulan mərkəzi kanalizasiya xəttinin qarşısının tutulması nəticəsində çirkab suları 200 metr məsafədə Quba-Xaçmaz yolunun kənarı boyunca yayılıb. Həmçinin 10-a yaxın evin həyətinə su dolub.

Hadisə ilə bağlı müvafiq dövlət qurumları məlumatlandırılıb./AZƏRTAC/

Избранный
3
5
nocomment.az

9Источники