Macarıstanın dəvəti ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində dövlət və hökumət başçılarının köməkçiləri səviyyəsində Budapeştdə uğurlu görüş keçirilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabına yazıb.
H.Hacıyev qeyd edib ki, görüş zamanı TDT-nin Qəbələ Sammitinin nəticələri nəzərdən keçirilib və Azərbaycanın sədrlik prioritetlərinə istinad edilərək, mövcud qlobal çağırışlar kontekstində təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
"Prezident İlham Əliyevin TDT-nin əvvəlki sammitlərində vurğuladığı kimi, Türk dünyası – gənc demoqrafiyası, zəngin təbii sərvətləri, enerji potensialı və əsas nəqliyyat marşrutları da daxil olmaqla strateji geosiyasi mövqeyi sayəsində – Avrasiya qitəsində mühüm yer tutur və TDT mühüm geosiyasi mərkəzə çevrilmişdir", - H.Hacıyev qeyd edib.
At the invitation of the Hungarian side, a successful meeting was held in Budapest within the framework of the Organization of Turkic States at the level of assistants to the heads of state and government. During the meeting, the outcomes of the Gabala Summit of the OTS were… pic.twitter.com/Egy6gDCA2Y
— Hikmet Hajiyev (@HikmetHajiyev) March 27, 2026