Macarıstanın dəvəti əsasında Türk Dövlətləri Təşkilatı çərçivəsində dövlət və hökumət başçılarının köməkçiləri səviyyəsində Budapeştdə səmərəli görüş təşkil olunub.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.
H.Hacıyev bildirib ki, görüş çərçivəsində TDT-nin Qəbələ Sammitinin yekunları müzakirə olunub, eyni zamanda Azərbaycanın sədrliyi dövründə müəyyən edilmiş prioritetlər fonunda mövcud qlobal çağırışlar şəraitində təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb.