RU

Hikmət Hacıyev Budapeştdə türk dövlətlərindən olan həmkarları ilə görüşüb FOTO

ain.az, Oxu.az saytına istinadən bildirir.

"Macarıstan tərəfinin dəvəti ilə Budapeştdə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində dövlət və hökumət başçılarının köməkçiləri səviyyəsində uğurlu görüş keçirilib".

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" səhifəsində paylaşım edib.

At the invitation of the Hungarian side, a successful meeting was held in Budapest within the framework of the Organization of Turkic States at the level of assistants to the heads of state and government. During the meeting, the outcomes of the Gabala Summit of the OTS were… pic.twitter.com/Egy6gDCA2Y

— Hikmet Hajiyev (@HikmetHajiyev) March 27, 2026

"Görüş zamanı TDT-nin Qəbələ sammitinin nəticələri nəzərdən keçirilib, həmçinin Azərbaycanın sədrliyi dövründə müəyyən etdiyi prioritetlərə istinadən, mövcud qlobal çağırışlar fonunda təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Prezident İlham Əliyevin əvvəlki TDT sammitlərində qeyd etdiyi kimi, gənc demoqrafik potensialı, zəngin təbii resursları, enerji imkanları və əsas nəqliyyat marşrutlarını əhatə edən strateji geosiyasi mövqeyi ilə türk dünyası Avrasiya qitəsində mühüm yer tutur. Bu baxımdan, TDT mühüm geosiyasi mərkəzə çevrilib" - H.Hacıyev bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
6
2
oxu.az

10Источники