RU

Azərbaycan nefti bahalaşırVİDEO

Dünya bazarlarında "Azeri Light" markalı Azərbaycan nefti bahalaşıb.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 7.55 ABŞ dolları və ya 6,6% artaraq 121.25 ABŞ dolları olub. Bundan öncəki qiymət isə 113.70 ABŞ dolları təşkil edirdi.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, neftin dünya bazarlarında bahalaşması Azərbaycana əlavə gəlir gətirsə də, bunun dövlət büdcəsinə real təsiri yoxdur.

Ekspert hesab edir ki, ABŞ-İran-İsrail üçlüyü arasında yaşanan gərginlik davam etdikcə neft qiymətlərində də sürətli dəyişimlər olacaq.

Onun sözlərinə görə, müharibə başlayan gündən neftin bahalaşması dünyada yanacağın qiymətini də artırır, bu isə iqtisadiyyatın bütün sahələrinə təsir edir.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
12
xezerxeber.az

1Источники