RU

Medvedyev Kallasa: “Sənin doğma Estoniyan Rusiyanın bir hissəsi olub”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın Rusiyanın "ona aid olmayan" bir bölgə tələb etməsi barədə açıqlamasına istehza ilə münasibət bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Medvedyev Kallasa müraciətlə onun doğma Estoniyasısının da vaxtilə Rusiyanın tərkibində olduğunu xatırladıb.

"Üzündə heç bir ağıl izi olmayan laborator siçovul Kallas, Rusiyanın "heç vaxt ona məxsus olmayan bir şey tələb etdiyini" bəyan etməklə yenidən vəziyyəti qarışdırıb. Donbas! Bu, rusun idi və başqa heç kimin deyildi. 50 yaşında bu qədər axmaq olmaq ayıbdır. Hər halda, Estoniya (vay, dəhşət!) da Rusiyanın tərkibində idi", - deyə o, X hesabında ingilis dilində yazıb.

Xatırladaq ki, son illərdə Medvedyev Ukraynaya, eləcə də Avropa ölkələrinin rəhbərlərinə qarşı isterik və təhqiramiz ifadələr işlətməsi ilə məşhurlaşıb. Bir çox xarici mənbələrdə onun bu cür statusları içkili vəziyyətdə yazması ilə izah edirlər.

Musavat.com

Избранный
22
1
musavat.com

2Источники