Naftalan şəhərində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Bu barədə APA-nın yerli bürosu məlumat yayıb.
Məlumata görə, hadisə şəhərin Qaşaltı Qaraqoyunlu kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ 2107” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində sürücülərdən biri, 1963-cü il təvəllüdlü Z.Nağıyev hadisə yerində həyatını itirib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Naftalan, yol qəzası, ölüm, araşdırma