RU

Aylarla yanında oturub sağalmasını gözləyirdim Şair Fəxrəddin Teyyub anasına olan bağlılığından danışdı VİDEO

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı şair, publisist Fəxrəddin Teyyub olub.

O, anasına olan bağlılığından söz açıb.

"Aylarla yanında oturub sağalmasını gözləyirdim" - Şair Fəxrəddin Teyyub anasına olan bağlılığından danışdı - VİDEO

"Anam xəstə olduğu üçün birinci sinfə bir il gec getmişəm. Aylarla onun yanında oturub sağalmasını gözləyirdim. Mənə elə gəlir ki, dünyada heç kim anasını mənim qədər sevə bilməz. Artıq 31 ildir ki, dünyasını dəyişib, amma ən ağır anlarımda yenə onu xatırlayıram. Vəfat etdiyi gün anamın qəbrinin üstündə hönkür-hönkür ağladım, ondan sonra bir daha elə ağlaya bilmədim", - deyə Fəxrəddin Teyyub bildirib.

Şair, həmçinin müasir gənclərin ailə dəyərlərinə olan münasibətinə görə təəssüfləndiyini qeyd edib:

"Bizim dövrümüzdə gənclər görüşə Nüsrət Kəsəmənlinin sevgi şeirləri ilə gedərdilər. İndiki gənclər isə ailə qurmağa meyil etmir, böyüklərlə yaşamaq istəmirlər. Halbuki ailənin bünövrəsini məhz böyüklər möhkəmləndirirlər. Dövrümüzdə sevgi münasibətləri çox bəsitləşib. Keçən dəfə bir gəncin telefonda sevdiyi qıza "sevmirsənsə, cəhənnəmə sev" dediyini eşidib sarsıldım".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
41
oxu.az

1Источники