Braziliya millisinin Fransa ilə yoldaşlıq oyununda zədələnən "Barselona"nın ulduzu Rafinyanın durumuna aydınlıq gəlib.
Kataloniya klubu rəsmi saytında Rafinyanın sağ bud əzələsindən zədə aldığı açıqlanıb.
Müayinə Braziliya Futbol Konfederasiyası tərəfindən aparılıb. Rafinya "Barselona"ya qayıdacaq və sağalma prosesinə başlayacaq. "Blaugrana" Rafinyanın gözlənilən sağalma müddətinin beş həftə olduğunu açıqlayıb. Başqa sözlə, Rafinyanın yalnız may ayının əvvəlində meydana qayıdacağı gözlənilir. Bu, Hans-Dieter Flikin komandası üçün ciddi zərbədir. Braziliyalı oyunçu həm Çempionlar Liqasının 1/4 finalında "Atletiko Madrid"ə qarşı, həm də bir neçə digər oyunu buraxacaq.
Rafinya 2025/2026 mövsümündə 31 oyunda iştirak edib, 19 qol vurub və 8 məhsuldar ötürmə edib./Fanat.Az/