RU

“Bavariya”nın futbolçusu Almaniya millisində debüt edib

Yazını böyüt
Yazını kiçilt

“Bavariya”nın futbolçusu Lenart Karl Almaniya millisində debüt edib.

Hafta.az xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi yığmanın İsveçrə ilə keçirdiyi yoldaşlıq oyununda ilk dəfə əsas komandada forma geyinib. Qarşılaşma “Sankt-Yakob Park” stadionunda baş tutub və Almaniya millisi 4:3 hesablı qələbə qazanıb.

 
Karl oyuna ikinci hissədə qoşulub. O, 63-cü dəqiqədə Leroy Saneni əvəzləyib. Həmin anda Almaniya yığması hesabda 3:2 öndə idi.

Qeyd edək ki, Lenart Karl cari mövsümdə “Bavariya”nın heyətində bütün turnirlərdə 33 oyuna çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə verib.

Избранный
14
4
hafta.az

5Источники