RU

Putin iş adamlarına çağırış etdi

Putin iş adamlarına rus ordusuna dəstək verməyə çağırıb. 

“Cebheinfo” “Financial Times”-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin martın 27-də ölkədə fəlaiyyət göstərən oliqarxlar ilə görüş keçirib. 

Görüşdə Ukraynada mövcud vəziyyət müzakirə olunub. Putin iş adamlarına Rusiyanın Donetsk və Luqansk vilayətlərinin bütün ərazisini ələ keçirənə qədər müharibəni davam etdirəcəyini bildirib.

Kremlin rəhbəri bunu ABŞ-nin vasitəçiliyi ilə keçirilən danışıqların son raundlarında Ukraynanın Donetsk bölgəsindən qoşunları çıxarmaqdan imtina etməsi ilə izah edib.

Məlumatlara görə, Putin Donbasın Rusiyanın nəzarəti altına keçməsindən sonra ABŞ-nin demilitarizasiya edilmiş və ya xüsusi iqtisadi zona yaratmaq təklifini qəbul etməyə hazır olduğunu bildirib.

Kiyev isə Donetsk məsələsində güzəştə getməyəcəyini və bu məsələnin onun qırmızı xətti olduğu bəyan edib.

Qeyd ki, bu görüşdə Putin oliqarxlardan Rusiya büdcəsinə "könüllü ianələr" vermələrini istəyib.

Избранный
12
cebheinfo.az

1Источники