RU

Ağsuçaydan keçən sel avtomobil yolunu yararsız halaSALDI

Yağışlı hava şəraiti ilə əlaqədar Ağsuçaydan keçən sel rayonun Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, hazırda Maşadqanlı kəndi ilə rayon mərkəzinin nəqliyyat əlaqəsində müəyyən məhdudiyyət yaranıb. Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Yolun açılması istiqamətində işlər görülür.

Избранный
1
36
redaktor.az

10Источники