RU

Şutaj-Eştok yenə Zelenskiyə qarşı: Ukrayna başçısını şantajda ittham etdi

Slovakiyanın daxili işlər naziri Matuş Şutaj-Eştok bildirib ki, Slovakiya və Macarıstan “Drujba” neft kəməri ilə bağlı yaranmış mübahisədə Ukrayna Prezidenti Volodimir Zelenskinin “siyasi şantajı” ilə üzləşiblər. 

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, hər iki ölkə müharibə başlayandan bəri Ukraynaya dəstək versə də, buna baxmayaraq bu vəziyyətin qurbanı olublar.

Nazir qeyd edib ki, Ukraynanın boru kəmərinin zədələnməsi ilə bağlı iddiaları şübhə doğurur.O bildirib ki, Kiyev müstəqil ekspertlərin kəmərin zədələndiyi iddia olunan hissəni yoxlamasına icazə vermədiyi üçün vəziyyət daha da mürəkkəbləşib. Şutaj-Eştokun fikrincə, əgər belə yoxlamaya icazə verilsəydi, məsələyə aydınlıq gətirmək mümkün olardı.

Xatırladaq ki, Ukrayna yanvarın 27-də Slovakiya və Macarıstana neft tranzitini dayandırıb. Bu qərardan sonra Slovakiya hökuməti ölkədə neft böhranı elan edib.

Избранный
55
cebheinfo.az

1Источники