RU

Mikels millidə debüt etdi, qol vurdu

"Zirə”nin hücumçusu Leroy Mikels Ruanda millisində ilk oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, o, “FIFA Series - 2026” çərçivəsində Qrenadaya qarşı baş tutan yoldaşlıq görüşündə forma geyib.

Start heyətində yer alan forvard ilk hissənin əlavə vaxtında - 45+2-ci dəqiqədə fərqlənməyi bacarıb.

Qarşılaşma Ruanda yığmasının 4:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

Избранный
26
1
football-plus.az

2Источники