Oman ərazisində yerləşən Salala limanı pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Far.Az xəbər verir ki, liman iki PUA ilə hədəfə alınıb.
Hadisə nəticəsində xarici vətəndaş olan işçilərdən biri orta ağır xəsarət alıb.
Rəsmi qurumlar bildiriblər ki, hadisədən sonra ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib və vəziyyət nəzarət altındadır.